Bazar, 28 Aprel

Rusiyalı deputat Paşinyanı HƏDƏLƏDİ: "İrəvanı itirmək qorxusu var"

image

“Ermənistanın baş naziri Nikol Paşinyan da Ukrayna lideri Vladimir Zelenski kimi Rusiya ilə münasibətləri pozmaq yolu ilə gedir”.

Xəbər verilir ki, bu sözləri rusiyalı deputat Aleksey Juravlev deyib.

Onun sözlərinə görə, Ermənistan hökumətinin başçısı İrəvanı itirmək riskini daşıyır.

“Paşinyan Zelenski ilə eyni şeyi edir. Rusiya ilə münasibətləri ardıcıl və davamlı şəkildə pisləşdirir, baxmayaraq ki, bu, onun xalqı üçün son dərəcə təhlükəli ola bilər”, –  parlamentari deyib.

O qeyd edib ki, Ermənistan KTMT strukturlarından üz döndərib, NATO təlimlərində iştirak etməyə başlayıb.

“İndi Paşinyan Rusiya ilə hərbi sahədə əməkdaşlıqdan imtina etmək niyyətindədir. O, yol verdiyi səhvlərə görə Rusiyanı günahlandırır. Qoy Qərbdən gələcək köməyə ümid etsin. Sadəcə unutmayın ki, İrəvan tezliklə itirilə bilər”, – deyə Juravlev fikrini yekunlaşdırıb.

Xatırladaq ki, Paşinyan bir gün əvvəl demişdi ki, Rusiya artıq Ermənistanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməz. Onun sözlərinə görə, bunun obyektiv və subyektiv səbəbləri var.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39